Kriptovalyuta sektorunun bazar dəyəri açıqlandı

Kriptovalyuta sektorunun bazar dəyəri açıqlandı
19.07.2025 13:40 İqtisadiyyat

Kriptovalyuta sektorunun bazar dəyəri 4 trilyon dollara çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “CoinGecko” platforması məlumat yayıb.

Məlumata görə, bu göstərici kriptovalyutanın ilkin mərhələdəki eksperimental aktivdən qlobal investisiya mühitinin əsas komponentlərindən birinə çevrildiyini nümayiş etdirir.

Eyni zamanda, ABŞ Nümayəndələr Palatası ABŞ dollarına bağlı kriptovalyuta tokenləri – sabitkoinlər üçün tənzimləyici çərçivə yaradan qanun layihəsini qəbul edib. Qanun layihəsi Prezident Donald Tramp tərəfindən imzalanıb.

“Trampın bu qanun layihəsini təqdim etməsi kriptovalyuta sektoruna münasibətdə ciddi bir dönüşün baş verdiyini göstərir, lakin qanunvericilər hələ də ehtiyatla hərəkət edirlər,” – deyə “Hargreaves Lansdown” şirkətinin səhmlər üzrə tədqiqat rəhbəri Derren Neitan bildirib.

Qeyd edək ki, sektorun birgə bazar dəyəri son olaraq 3.92 trilyon dollar səviyyəsində olub, dünyanın ən iri kriptovalyutası sayılan "Bitcoin" isə 1.8% ucuzlaşıb.

Bu həftənin əvvəlində "Bitcoin" 120 min dollar həddini keçərək rekord müəyyənləşdirib. “Bernstein” broker şirkəti "Bitcoin"in 2025-ci ilin sonuna qədər 200 min dollara yüksələ biləcəyini proqnozlaşdırır.

Kriptovalyuta bazarında ikinci yeri tutan “Ether” isə son ticarətdə 4.5% bahalaşıb. O, son üç ayda dəyərini iki dəfədən çox artırıb.

XƏBƏR LENTİ
04 IYUN 2026
İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Bütün Xəbərlər