“Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi

“Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi
02.06.2026 12:03 İdman

“Krasnodar”ın baş məşqçisi Murad Musayev komandasının 2025/2026 mövsümündə niyə bütün neytral azarkeşlərin dəstəyini qazanmadığı barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “championat.com” məlumat yayıb. 

Mütəxəssis ötən mövsümlə müqayisədə münasibətin dəyişməsini normal hesab etdiyini bildirib.

“Hamının bizim ikinci çempionluğumuzu istəməməsi normaldır. Ancaq biz öz azarkeşlərimizə köklənməliyik. Bu il “Krasnodar” stadionunun doluluq faizinə görə Rusiyada bir nömrəli komanda olub. 33 min tamaşaçı tutumuna malik arenaya orta hesabla 29 mindən çox azarkeş gəlib.

Hazırda şəhərdə baş verənləri təsəvvür edə bilməzsiniz. Krasnodar yaxşı mənada futbolla yaşayır. Hamı futbol izləyir, hətta qadınlar və yaşlı insanlar belə. Küçədə gəzərkən çoxlu insan yaxınlaşıb uğurlar arzulayır. Onlar bizə deyirlər ki, nəticədən asılı olmayaraq, biz onlar üçün çempionuq.

Məhz bu dəstək bizə enerji və motivasiya verir. Biz “Zenit”ə qarşı olduqları üçün “Krasnodar”ın çempionluğunu istəyən insanlara görə oynamırıq. Biz öz azarkeşlərimiz və şəhərimiz üçün mübarizə aparırıq. Qələbə qazansaq da, məğlub olsaq da, bu insanlar həmişə bizimlədir və biz bunu çox yüksək qiymətləndiririk”, – deyə Musayev bildirib.

Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasının başa çatan mövsümünü ikinci pillədə başa vurub. Komanda həmçinin Rusiya Kubokunun superfinalında “Spartak”a məğlub olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Bütün Xəbərlər