Bir güləşçimiz qızıl, digəri isə gümüş medal qazandı

Bir güləşçimiz qızıl, digəri isə gümüş medal qazandı
06.07.2025 02:19 İdman

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycanın bir sərbəst güləşçisi qızıl, digəri gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə  Güləş Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.

Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Beləliklə, M.Omarov gümüş medalı boynundan asıb.

Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.

XƏBƏR LENTİ
03 IYUN 2026
Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Bütün Xəbərlər