Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi

Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi
30.05.2026 23:20 İdman

Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.

TodayPress TV xəbər verir ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.

II Lui stadionunda keçirilən çempionatda Azərbaycan milli komandasının üzvləri uğurlu çıxışla yadda qalıb. Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb. İ.Quliyeva bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.

Nüvəitələmə növündə isə Səkinə Hacızadə 12.78 metr nəticə ilə 3-cü olub. Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət komandamız isə İsveç estafetində bürünc medallara sahib çıxıb.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 ABŞ Ukraynaya görə silah istehsalını əhəmiyyətli dərəcədə artırır - müdafiə naziri bəyan etdi 20:29 All News