“Bavariya” Nikoya alternativ dörd hücumçu müəyyənləşdirdi
İdman
21.06.2025 15:35
“Bavariya” klubu yay transfer pəncərəsində “Atletik”dən Nikо Uilyamsın keçidindən imtina etməsindən sonra alternativ hücumçular axtarışına başlayıb.
TodayPress TV “Kicker”ə istinadən xəbər verir ki, Münhen klubu hazırda dörd futbolçunu əsas namizədlər sırasına daxil edib.
Ən real namizədlər sırasında “Borussiya Dortmund”un cinah hücumçusu Ceymi Bayno-Qittens və “Milan”ın ulduz vingeri Rafael Leau yer alır.
Bildirilir ki, Bayno-Qittensin transferi “Bavariya”ya təxminən 60 milyon avroya başa gələ bilər.
Digər ehtimal olunan oyunçular arasında “Brayton”dan yapon futbolçu Kaoru Mitoma və “Liverpul”dan niderlandlı Kodi Qakpo da var. Bundan əlavə, “PSJ”nin hücumçusu Bredli Barkolanın da adı çəkilib, lakin bu transferin reallaşma ehtimalı olduqca az qiymətləndirilir.
Qeyd edək ki, Nikо Uilyams “Barselona”nın təklifini qəbul edərək “Bavariya”ya keçməkdən imtina edib.
Namiq HUN
tag: Bavariya,Klub,Futbol,Komanda,Todaypress.tv,