Argentina millisinin dünya çempionatı üçün heyəti açıqlandı
38 yaşlı Lionel Messi futbol üzrə Argentina millisinin dünya çempionatı üçün heyətinə daxil edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası məlumat verib.
Beləliklə, baş məşqçi Lionel Skalonin DÇ-2026 üçün milliyə çağırdığı futbolçular:
Qapçılar: Emiliano Martines ("Aston Villa", İngiltərə), Xuan Musso ("Atletiko Madrid", İspaniya), Xeronimo Rulyi ("Marsel", Fransa),
Müdafiəçilər: Nauel Molina ("Atletiko Madrid"), Qonsalo Montyel ("River Pleyt"), Kristian Romero ("Tottenhem", İngiltərə), Loenardo Balyerdi ("Marsel"), Lisandro Martines ("Mançester Yunayted", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), Nikolas Talyafiko ("Lion"), Fakundo Medina ("Lans", Fransa),
Yarımmüdafiəçilər: Leandro Paredes ("Boka Xuniors"), Covanni Lo Çelso ("Betis", İspaniya), Rodriqo De Paul ("İnter Mayami", ABŞ), Tyaqo Almada ("Atletiko Madrid"), Esekiel Palasios ("Bayer", Almaniya), Nikolas Qonsales ("Yuventus", İtaliya), Niko Pas ("Komo", İtaliya), Aleksis Mak Allister ("Liverpul", İngiltərə), Entso Fernandes ("Çelsi", İngiltərə), Valentin Barko ("Strasburq", Fransa),
Hücumçular: Xulian Alvares ("Atletiko Madrid"), Lionel Messi ("İnter Mayami"), Lautaro Martines ("İnter"), Xose Manuel Lopes ("Palmeyras", Braziliya), Culiano Simeone ("Atletiko Madrid").
Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya ilə oynayacaq.