Novak Cokoviç gənc rəqibində öz köhnə obrazını gördü
İdman
16.10.2025 14:39
24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqində beşinci yerdə olan serbiyalı tennisçi Novak Cokoviç, dördqat “Böyük Dəbilqə” çempionu, 24 yaşlı italiyalı Yannik Sinnerin ona karyerasının zirvə dövrlərini xatırlatdığını bildirib.
TodayPress TV xəbər verir ki, Novaka görə, Sinnerin hərtərəfli oyunu və strateji düşüncəsi onun gəncliyini yada salır.
“Biz topa mümkün qədər güclü zərbə vurmağa çalışırıq, yaxşı hərəkət edirik. O, mənim kimi arıqdır və strateji baxımdan ideal oyun nümayiş etdirir, hərtərəfli tennisçi olmağa, hər zərbəyə sahib olmağa çalışır. Buna görə də, mənə ən yaxşı illərimi xatırladır,” – deyə Cokoviç bildirib.
Qeyd edək ki, bu gün, Cokoviç və Sinner Six Kings Slam nümayiş turnirinin yarımfinalında kortda raketka oynadacaqlar.
Namiq HUN
tag: Novak Cokoviç,Tennis,Turnir,Yannik Sinner,Todaypress.tv,
