Bakıda məşhur ailənin oğlu faciəvi şəkildə öldü
Tanınmış rejissor Eltən Qədimbəylinin (Törəçi) ailəsində ağır itki üz verib.
TodayPress TV xəbər verir ki, bu barədə o, paylaşım edib.
Belə ki, onun əmisi oğlu, 22 yaşlı Leysan Mikayıloğlu Qədimbəyli vəfat edib.
Rejissor Leysanın adi bir insan olmadığını, azad ruhu, sənətə və təbiətə bağlılığı ilə hər kəsin yaddaşında xüsusi yer tutduğunu bildirib.
Onun sözlərinə görə, Leysan rəssamlıq təhsili alıb, keramika sənətinə böyük maraq göstərib və öz emalatxanasını qurmağı arzulayıb. Təbiəti, dağ yürüşlərini, oxçuluğu və xüsusilə göyərçinləri sevən Leysan ailə məclislərinin ən sevilən simalarından biri olub.
"Bəzi insanlar gedəndə sadəcə özləri getmir… O evin səsi də azalır, istiliyi də…" - deyə Eltən Qədimbəyli paylaşımında qeyd edib.
Xatırladaq ki, 24 may tarixində paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib.
Bildirilib ki, L.Qədimovun səhhətində anadangəlmə problem varmış. O, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.
Türkan İsgəndərli