Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
07.07.2025 11:21 Elm və Təhsil

İyulun 8-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1584 nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), həmçinin Gəncə və Bərdə Regional Bölmələrində keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

XƏBƏR LENTİ
03 IYUN 2026
Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Bütün Xəbərlər