Zaxarova: "Qərb sülh yolu ilə münaqişənin həllini istəmir"

Zaxarova: "Qərb sülh yolu ilə münaqişənin həllini istəmir"
26.07.2025 17:40 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, sülh danışıqları və Ukrayna ətrafında gərginliyin azaldılması heç vaxt Qərbin real gündəmində olmayıb. Onun sözlərinə görə, Qərb ölkələri Ukraynadakı böhranı sülh yolu ilə həll etmək niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Zaxarova bildirib ki, əgər Qərb həqiqətən Ukraynada sülh istəsəydi, silah tədarükünü dayandırardı. Amma onlar bunların heç birini etmirlər.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, əksinə, Qərb ölkələri silahlandırma və militarizasiya məsələlərini getdikcə daha aktiv şəkildə gündəmə gətirir. Onun sözlərinə görə, Qərb liderləri bu yanaşma ilə həm də öz vətəndaşlarını qorxutmaq taktikasından istifadə edirlər.

Zaxarova vurğulayıb ki, Qərbin mövcud fəaliyyəti gərginliyi azaltmaq deyil, əksinə, onu dərinləşdirmək məqsədi daşıyır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
04 IYUN 2026
Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Bütün Xəbərlər