Trampın xələfi kim olacaq? - Lider seçim etməkdə tərəddüd edir
ABŞ Prezidenti Donald Tramp öz xələfi qismində vitse-prezident Cey Di Vensi seçib-seçməmək barədə tərəddüd edir.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, amerikalı lider məsləhətçiləri ilə söhbətlərində tez-tez Vensin prezidentlik yarışında sona qədər gedə bilib-bilməyəcəyi sualını ortaya qoyur.
Qəzet yazır ki, Tramp adətən bu suala özü cavab verir və buna əmin olmadığını bildirir. O, köməkçiləri ilə özəl söhbətlərində Vensin nailiyyətlərini öz nailiyyətləri ilə müqayisə edir. Tramp diqqəti Vensin gərgin keçən seçkilərdə yalnız onun dəstəyi sayəsində qələbə qazanmasına, həmçinin vitse-prezidentin məzuniyyətdə keçirdiyi günlərin sayına yönəldib. Bildirilib ki, Tramp özü adətən məzuniyyətə çıxmır.
ABŞ Prezidenti, həmçinin Vensin ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlamasının əleyhinə çıxış etdiyini də dəfələrlə vurğulayıb.
Xatırladaq ki, Tramp daha əvvəl Vens və dövlət katibi Marko Rubionu özünün prezidentlik müddəti başa çatdıqdan sonra ölkəni idarə etmək üçün ideal namizədlər adlandırmışdı. Lakin ABŞ Prezidenti onların hər birini konkret hansı vəzifədə gördüyünə aydınlıq gətirməmişdi.
Aysel Mətləb