Ərdoğan: "Ukrayna münaqişəsinin həllində dialoq vacibdir"

Ərdoğan: "Ukrayna münaqişəsinin həllində dialoq vacibdir"
16.05.2025 16:27 Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna ilə bağlı yaranan münaqişənin həlli çox həssas məsələdir və tərəflərə təzyiq göstərməyə ehtiyac yoxdur. 

TodayPress TV xəbər verir ki, o, bu barədə Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində danışıb.

Ərdoğan deyib ki, Türkiyənin əsas məqsədi hərtərəfli atəşkəsin əldə olunmasıdır. Onun sözlərinə görə, tərəfləri dialoqa təşviq etmək və danışıqları dəstəkləmək ədalətli və davamlı sülh üçün vacibdir.

Prezident bildirib ki, hazırda İstanbulda Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın rəhbərliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar gedir.

Bu danışıqlardan sonra Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə texniki səviyyədə müzakirələrə başlamaq qərarı verib.

Türkiyə lideri həmçinin əlavə edib ki, Türkiyə sülh üçün səylərini davam etdirəcək və bütün tərəfdaşların dəstəyinə ümid edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 MAY 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 Bütün Xəbərlər