Britaniya və Hindistan arasında ən böyük ticarət sazişi imzalandı

Britaniya və Hindistan arasında ən böyük ticarət sazişi imzalandı
24.07.2025 17:59 Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Hindistanın Baş naziri Narendra Modi Londonda hərtərəfli iqtisadi və ticarət sazişi imzalayıblar.  

TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

Starmer sazişi “iki ölkə üçün əhəmiyyətli fürsət” adlandırıb və bildirib ki, bu razılaşma 2020-ci ildə Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsindən sonra əldə etdiyi ən iri ticarət razılaşmasıdır. 

Sazişə əsasən, Hindistan Britaniya məhsullarına tətbiq olunan orta rüsumları 15%-dən 3%-ə endirəcək. Britaniya viskisi istehsalçıları üçün rüsumlar əvvəlki 150%-dən 75%-ə, növbəti 10 il ərzində isə 40%-ə qədər azaldılacaq. 

Portalın məlumatına görə, Hindistanın Britaniyaya ixrac etdiyi məhsulların 99%-i rüsumlardan azad ediləcək. 

Britaniya hökumətinin hesablamalarına görə, bu saziş uzunmüddətli perspektivdə ölkədə 2200 yeni iş yerinin açılmasına və maaşların artmasına səbəb olacaq. 

Qeyd edək ki, razılaşmanın qüvvəyə minməsi üçün onu əvvəlcə Britaniya parlamenti təsdiqləməlidir. London mediasının məlumatına görə, bu proses bir neçə ay çəkə bilər. 

Aysel Mətləb

XƏBƏR LENTİ
05 IYUN 2026
Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Bütün Xəbərlər