"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun!

"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun!
10.10.2025 17:16 Cəmiyyət

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusən də "Facebook", "Instagram" və "TikTok" kimi platformalarda ev şəraitində hazırlanmış yeməklərin satışı geniş vüsət alıb. 

Müxtəlif səhifələr vasitəsilə şirniyyat, turşu, mürəbbə və hazır yeməklər təklif olunur. Alıcılar isə çox vaxt bu məhsulları daha təbii, sağlam və münasib qiymətdə olduğunu hesab edirlər.

Qida eksperti Asim Vəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, istehlakçılar arasında ev şəraitində hazırlanan yeməklər restoran və "fast food" mətbəxlərindən daha təhlükəsizdir.

Onun sözlərinə görə, buna səbəb isə həmin yeməklər az yağlı, ev üsulu ilə bişirilmiş olur və çox vaxt əsas yemək kimi təqdim edilir. Eyni zamanda sifariş prosesi də sosial şəbəkələr vasitəsilə asan və birbaşa əlaqə qurmaq imkanı yaradır:

"Lakin bu fəaliyyət sahəsinin rəsmi nəzarət altında olmaması müəyyən təhlükələr yaradır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan hər bir şəxs Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müəyyən etdiyi qaydalara əməl etməlidir. Bu qaydalar gigiyena, məhsulun saxlanma şəraiti, qablaşdırma və etiketləmə kimi məsələləri əhatə edir. Ev şəraitində bu standartlara tam əməl etmək isə çox çətindir. Çünki çox vaxt yeməklərin hansı şəraitdə hazırlandığı, məhsulların haradan alındığı, bişirilmə zamanı təmizliyə necə riayət olunduğu məlum olmur".

Ekspert əlavə edib ki, rəsmi qeydiyyatı olmayan bu satıcılar nə vergi ödəyir, nə də qida təhlükəsizliyi baxımından yoxlanılır. Bu isə həm sağlamlıq, həm də maliyyə baxımından risklər yaradır:

"Asan qazanc məqsədilə fəaliyyət göstərən bəzi şəxslər yeməkləri soyuducusuz saxlayır, eyni qabdan bir neçə dəfə istifadə edir və hətta tarixi keçmiş məhsullardan istifadə edə bilirlər. Bu, xüsusilə isti havalarda qida zəhərlənmələrinə səbəb ola bilər".

Mütəxəssis, həmçinin vurğulayıb ki, sosial şəbəkələr üzərindən satış zamanı alıcılar çox vaxt satıcını tanımır, ödənişi əvvəldən edir, lakin bəzən məhsul gec çatdırılır, keyfiyyətsiz olur və ya ümumiyyətlə göndərilmir. Belə hallarda hüquqi müdafiə mexanizmi demək olar ki, mövcud deyil.

Asim Vəliyev hesab edir ki, bu sahənin tamamilə qadağan edilməsi düzgün olmaz. Çünki minlərlə insan bu yolla dolanır və yerli qida mədəniyyətini təbliğ edir. Lakin qanuni çərçivə və nəzarət mexanizmi formalaşdırılmalıdır.

O təklif edib ki, AQTA belə şəxslər üçün sadələşdirilmiş qeydiyyat sistemi yarada bilər. Məsələn, müəyyən gigiyenik təlim keçmiş, ilkin sanitar yoxlamadan keçən şəxslərə icazə sənədi verilə bilər. Digər tərəfdən, sosial şəbəkə platformaları da məsuliyyət daşımalıdır. Bu cür satış səhifələrinin qeydiyyatı zamanı satıcılardan rəsmi məlumat və minimum şəffaflıq tələb olunmalıdır.

Ekspert sonda vətəndaşlara müraciətində onları diqqətli olmağa çağırıb:

"Alıcılar məhsulun tərkibi, hazırlanma şəraiti və satıcının reputasiyası barədə məlumat toplamalıdırlar. Bu, həm sağlamlığın, həm də maddi vəsaitin qorunması baxımından vacibdir", - deyə qida mütəxəssisi fikirlərini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun! — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 Bütün Xəbərlər