Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram

Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram
22.06.2026 13:36 Xarici siyasət

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

TodayPress TV xəbər verir ki, Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Həmçinin Sərdar Berdiməhəmmədov iyunun 22-də Bakıda Zəfər parkını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

TodayPress TV

FOTOLAR

Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 1
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 2
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 3
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 4
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 5
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 6
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 7
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram — 8
XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər