Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi
"AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
TodayPress TV xəbər verir ki, razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru "AzerTelecom" beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.
Qeyd edək ki, bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.
Ermənistan
Azərbaycan
"AzerTelecom"
"Telecom Armenia"
Ermənistanın beynəlxalq internet bağlantısı
Qafqaz
Jalə Rövşən
Todaypress.tv