Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
18.06.2026 20:00 Xarici siyasət

“Toplantımızın Azərbaycanın Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi xüsusilə əlamətdardır. Bu gün - ölkənin sabitlik, dayanıqlılıq və yenilənmə yolunda yeni mərhələyə qədəm qoymasını təmin edən tarixi dönüş nöqtəsidir”.

TodayPress TV xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Bu diyar əsrlər boyu Qədim İpək Yolundan bu günün Orta Dəhlizinə qədər Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirmişdir. Lakin Azərbaycanın hekayəsi yalnız bağlantılar hekayəsi deyil. Bu, eyni zamanda, dözümlülük və yenilənmə hekayəsidir. Bu baxımdan Şuşaya son səfərimdən qısa bir təəssürat paylaşmaq istərdim. Qarabağın incisi olan Şuşanın zəngin irsi şairə və xeyriyyəçi Xurşidbanu Natəvan kimi şəxsiyyətlərin timsalında yaşayır. O, mədəni dayanıqlılığın və mərhəmətin əbədi rəmzidir. Məni Xalq şairi Məmməd Arazın aşağıdakı misraları çox təsirləndirdi:

“Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!”

Çox güclü misralardır. Bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir. Məhz həmin ruh Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir.

Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli İnkişaf Bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə o vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər