Parlament sədri: İran ABŞ ilə danışıqlarda müharibəyə son qoymağa çalışır

Parlament sədri: İran ABŞ ilə danışıqlarda müharibəyə son qoymağa çalışır
09.06.2026 00:25 Xarici siyasət

“ABŞ ilə danışıqlarda İran Vaşinqtonla münasibətlərini normallaşdırmağa yox, müharibəyə son qoymağa və Yaxın Şərqdə təhlükəsizliyi təmin etməyə çalışır”.

APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

"Məqsədimiz ABŞ ilə münasibətləri normallaşdırmaq deyil, müharibəyə son qoymaq və uzunmüddətli təhlükəsizliyi təmin etməkdir. Eyni zamanda, biz qarşı tərəfə də etibar etmirik", - o İran xalqına müraciətində bildirib.

Parlament sədri onu da vurğulayıb ki, son gərginliyə səbəb olan ABŞ və İsrailin birgə addımları olub.

XƏBƏR LENTİ
09 IYUN 2026
Bütün Xəbərlər