Muxtar Babayev Antonio Quterreş ilə görüşüb

Muxtar Babayev Antonio Quterreş ilə görüşüb
25.06.2026 20:00 Xarici siyasət

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

TodayPress TV xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - deyə o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

"Həmçinin iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər