İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi
İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycana səfərə dəvət edilib.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət edib.