Prezident ən yaxşı mükafatı "Dost"una verdi

Prezident ən yaxşı mükafatı "Dost"una verdi
18.06.2026 13:11 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.

TodayPress TV xəbər verir ki, təqdimetmə Prezidentin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edərkən baş tutub.

Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.

TodayPress TV

FOTOLAR

Prezident ən yaxşı mükafatı "Dost"una verdi — 1
Prezident ən yaxşı mükafatı "Dost"una verdi — 2
XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər