Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi

Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi
25.06.2026 15:49 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. O, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinin dəstəklənməsi üçün beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər