Britaniya səfiri Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik etdi
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, paylaşımda deyilir: “28 May 1918-cı ildə, Şərqin ilk demokratik respublikasını Azərbaycan müstəqilliyini əldə etməklə qurdu. Bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd etməyə çox şadam. Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz”.
tag: Britaniya,Səfir,Təbrik,Azərbaycan,Todaypress.tv,
