Prezident İlham Əliyev Cibuti Prezidentini təbrik etdi

Xarici siyasət

27.06.2025 11:12

Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Cibuti dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

tag: Prezident,İlham Əliyev,Cibuti,Təbrik,Todaypress.tv,