Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu keçiriləcək

Xarici siyasət

24.06.2025 17:19

1-2 iyul tarixlərində Özbəkistanın Xivə şəhərində "Yeni üfüqlər axtarışında: dialoqdan birgə fəaliyyətə doğru" mövzusunda birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə parlament Senatının mətbuat xidmətinin məlumat yayıb.

Forumda Özbəkistan Ali Məclisinin və Azərbaycanın Milli Məclisinin üzvləri, həmçinin iki ölkənin Gənclər parlamentlərinin nümayəndələri iştirak edəcəklər.

Forumun məqsədi parlamentlərarası əməkdaşlığı daha da dərinləşdirmək, qanunvericilik fəaliyyəti və parlament nəzarətinin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların reallaşdırılmasına kömək etməkdir.

"Forumun sonunda strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, prioritet sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə təşəbbüslərin səmərəli həyata keçirilməsi üçün hüquqi əsasların təkmilləşdirilməsinə yönəlmiş yekun sənədin qəbul edilməsi nəzərdə tutulur", - məlumatda vurğulanır.

tag: Azərbaycan,Özbəkistan,Forum,Görüş,todaypress.tv,