İtaliya mediası Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfərindən yazdı

Xarici siyasət

30.09.2025 23:30

İtaliyanın mətbu orqanları ölkə Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb.

TodayPress TV xəbər verir ki, mətbuatda Azərbaycan Prezidenti İlham Əliyevin Mattarellanı rəsmi qarşıladığı və iki prezidentin təkbətək və geniş tərkibdə görüşlər keçirdiyi vurğulanıb.

İtaliya Prezidenti Sercio Mattarella, İtaliya və Azərbaycanın mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq etdiklərini qeyd edib.

O, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində mühüm tərəfdaş olduğunu bildirib.

Mətbuatda iki ölkə arasında uzun illərdir davam edən dostluq və strateji tərəfdaşlığın əhəmiyyəti və TAP boru kəməri layihəsinin rolu da diqqətə çatdırılıb.

Qeyd edək ki, oktyabrın 1-də Sercio Mattarella və İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin kampusunun açılışında iştirak edəcəklər.

TodayPress TV

tag: Sercio Mattarella,İlham Əliyev,İtaliya mediası,TAP,Todaypress.tv,

photo