Azərbaycan “Robot Ekspedisiyası Praqa-Osaka Expo 2025” layihəsini dəstəkləyir
Xarici siyasət
21.06.2025 19:15
Çexiya Respublikasının Prezidenti Petr Pavel və ekspedisiya marşrutu üzərində yerləşən ölkələrin səfirlərinin iştirakı ilə “Robot Ekspedisiyası Praqa-Osaka Expo 2025” layihəsinin rəsmi açılışı baş tutub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan bu qeyri-adi layihənin ən böyük dəstəkçilərindən biridir. “Dostluq və Sülh Missiyası” şüarı altında baş tutan ekspedisiya, ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsini və mədəniyyətlərarası dialoqu təşviq etməyi hədəfləyir.
Qeyd edək ki, Ekspedisiya Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiyanı əhatə edir.
Töhfə Səməd
tag: Çexiya ,Petr Pavel,Robot Ekspedisiyası,Osaka Expo 2025,todaypress.tv,

