Azovda PUA hücumu nəticəsində ölən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

Azovda PUA hücumu nəticəsində ölən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10.06.2026 21:23 Xarici siyasət

Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.

"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - XİN-dən bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər