Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi

Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi
19.06.2026 13:11 Xarici siyasət

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyi təsis edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər