UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü QOL
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.
Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.
22:12
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçib - 2:1.
21:31
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.
21:05
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
20:45
Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.