“Trabzonspor”un Avropa macərası davam edir – rəqibləri açıqlandı

“Trabzonspor”un Avropa macərası davam edir – rəqibləri açıqlandı
28.08.2026 16:17 UEFA

“Trabzonspor” klubunun UEFA Konfrans Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Trabzon təmsilçisi əsas mərhələdə Almaniyanın “Frayburq”, Serbiyanın “Srvena Zvezda”, Finlandiyanın “KuPS”, Şotlandiyanın “Harts”, Bolqarıstanın ÇSKA və Çexiyanın “Yablonets” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Trabzonspor” Macarıstanın “Ferentsvaroş” klubu ilə dueldən məğlub ayrılaraq Avropa Liqasından Konfrans Liqasına düşüb.

Trabzon təmsilçisi ilk görüşdə evdə “Ferentsvaroş”a 0:1 hesabı ilə uduzub. Səfərdə keçirilən cavab matçında isə daha ağır məğlubiyyətlə üzləşib – 0:4.

Beləliklə, “Ferentsvaroş” iki oyunun nəticəsinə görə 5:0 hesabı ilə qalib gələrək Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

UEFA Konfrans Liqasının əsas mərhələsi oktyabrın 15-də start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər