Rafael Urazbaxt “Qarabağ”dan danışdı
UEFA
18.09.2025 09:55
Almatının “Kayrat” klubu bu gün Lissabonda tarixi oyuna çıxacaq.
TodayPress TV xəbər verir ki, Qazaxıstan çempionunun Avropanın əsas turnirinin qrup mərhələsinin I turunda rəqib son Portuqaliya çempionu “Sportinq” klubu olacaq.
“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasında debüt matçları ilə bağlı gözləntilərini bölüşüb.
“Sportinq’lə oyun bizim üçün çox həyəcanlıdır. Biz ilk dəfədir Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Bu mərhələdə bütün komandalar yüksək səviyyədədir. “Sportinq”lə oyun bizim nə dərəcədə hazır olduğumuzu göstərəcək. Hər yerdə yazırlar ki, Çempionlar Liqasında biz xal verən donor komanda olacağıq. Biz bunun əksini sübut etmək və belə səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Təzyiq hiss etmirik, meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirəcəyik. “Qarabağ”ın “Benfika”ya qalib gəlməsi sübut etdi ki, adlar oynamır, meydana canlı insanlar çıxır. Biz də ‘Sportinq’lə oyunda bütün gücümüzü ortaya qoyacağıq”.
“Sportinq” - “Kayrat” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Namiq HUN
tag: Rafael Urazbaxt,Kayrat,Sportinq,UEFA,Todaypress.tv,
