“Qalatasaray”ı Çempionlar Liqasında nəhənglər gözləyir – püşkün nəticəsi
“Qalatasaray” klubunun prezidenti Dursun Özbek UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib.
TodayPress TV xəbər verir ki, Özbekin sözlərini klubun rəsmi saytı yayıb.
Klub rəhbəri İstanbul təmsilçisinin kifayət qədər çətin rəqiblərlə qarşılaşacağını bildirib:
“Ən çətin qruplardan biri bizə düşdü. “Qalatasaray” belə vəziyyətlərə öyrəşib. Ötən mövsümlərdə əldə etdiyimiz uğurlardan daha bir addım irəli getməyə çalışacağıq. Bütün komandalara uğurlar arzulayıram. Yeni Çempionlar Liqası mövsümü başlayır və “Qalatasaray” mümkün qədər yaxşı çıxış etmək üçün əlindən gələni edəcək.
Avrokuboklarda nə qədər çox Türkiyə komandası iştirak etsə, ölkəmizin futbol nüfuzu də bir o qədər yüksəlir. Bu il “Fənərbağça” da bizə qoşuldu. Bütün klublarımıza uğurlar arzulayıram və ümid edirəm ki, Türkiyəni layiqincə təmsil edəcəklər.
Biz transfer planlarımızı püşkatmanın nəticələrindən asılı olaraq müəyyənləşdirmirik. Çempionlar Liqasında asan rəqib olmur. Avropanın ən yüksək səviyyəli turnirində iştirak edirik. Turnirdə uğurlu çıxış etmək üçün heyətimizi gücləndirməyə çalışırıq. Digər məqsədimiz isə 27-ci çempionluğumuzu qazanmaqdır. Bu hədəflərə çatmaq üçün bütün gücümüzlə çalışmağa davam edirik”.
Özbek azarkeşlərin dəstəyinin komandanın uğurunda mühüm rol oynadığını vurğulayıb və tərəfdarların növbəti mövsümdə də komandaya eyni şəkildə dəstək verməsini istəyib.
Qeyd edək ki, “Qalatasaray”ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri “Barselona” (ev), PSJ (səfər), “Aston Villa” (ev), “Sportinq” (səfər), “Feyenoord” (ev), “Lill” (səfər), “Ştutqart” (ev) və AEK (səfər) olacaq.
Namiq HUN