"Fənərbağça"nın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
UEFA
21.07.2025 15:23
Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının növbəti mərhələsində Niderland təmsilçisi "Feyenoord"la qarşılaşacaq.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilmiş püşkatma mərasimində məlumat verilib.
Maraqlıdır ki, "Feyenoord" klubunun baş məşqçisi "Fənərbağça"nın sabiq ulduz futbolçusu Robin van Persiedir.
İki mərhələdən ibarət qarşılaşmanın ilk oyunu 5 və ya 6 avqust tarixində Rotterdamda baş tutacaq, cavab oyunu isə 12 avqustda İstanbulda keçiriləcək.
Qeyd edək ki, Rotterdam təmsilçisi olan "Feyenoord" Niderland futbolunun ən titullu klublarından biridir. Komanda 16 dəfə ölkə çempionu olub, 14 dəfə Niderland Kubokunu və 5 dəfə Niderland Superkubokunu qazanıb.
Xatırladaq ki, Robin van Persie baş məşqçi kimi komandaya ötən mövsümün ikinci yarısında rəhbərlik etməyə başlayıb və bu müddətdə 11 liqa oyununda 8 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.
Töhfə Səməd
tag: Türkiyə,Fənərbağça,UEFA ,Feyenoord,Çempionlar Liqası,Todaypress.tv,