ÇL: “Kayrat” “Seltik”i Liqa mərhələsinə buraxmadı

UEFA

27.08.2025 09:00

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

TodayPress TV xəbər verir ki, ilk oyun günündə baş tutan 3 matçda 3 tarix yazılıb. 

Qazaxıstanda “Kayrat” “Seltik”i penalti seriyasında (3:2) məğlub edərək turnirin final mərhələsinə yüksəlib. Almatı təmsilçisi bu qələbə sayəsində tarixində ilk dəfə  ÇL-in həlledici məthələsinə vəsiqə qazanıb.

Kipr “Pafos”u da eyni uğura imza atıb. Pafos təmsilçisi iki oyunun nəticəsinə görə, “Srvena Zvezda”nı (2:1 və 1:1) mübarizədən kənarlaşdırıraq, adını Çempionlar Liqasının tarixinə yazdırıb. 

Norveç təmsilçisi “Budo Qlimt” isə “Şturm Qrats”ı (5:0 və 1:2) üstələyərək ilk dəfə ÇL-in final mərhələsinə yüksəlib.

Qeyd edək ki, pley-off mərhələsinin daha 4 cavab görüşü bu gün keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Ferentsvaroş”u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Namiq HUN

tag: UEFA,Futbol,Klub,Görüş,Todaypress.tv,