Donnarumma UEFA Superkubokunda oynamayacaq
UEFA
12.08.2025 09:00
PSJ klubunun qolkiperi Canluici Donnarumma UEFA Superkubokunun heyətinə salınmamasına görə məyusdur.
TodayPress TV xəbər verir ki, insayder Fabritsio Romano sosial şəbəkə “X”də italiyalı qapıçı Canluici Donnarummanın PSJ klubunun “Tottenhem”ə qarşı 13 avqustda baş tutacaq UEFA Superkuboku matçının iştirakçı siyahısına düşməməsinə reaksiyasını açıqlayıb:
“Cicci Donnarumma PSJ klubunun UEFA Superkuboku üçün heyətinə daxil edilmədiyi üçün məyusdur. Tezliklə o, klubun onunla yeni müqavilə imzalamaması və “Lill”dən yeni qapıçı Lük Şevalyeni transfer etməsi barədə öz mövqeyini bildirəcək. Donnarumma 100% klubdan ayrılacaq”.
Qeyd edək ki, Donnarumma avqustun 31-nə qədər klubdan ayrılmazsa, 2025/2026-cı illər mövsümünü oyun praktikasız keçirəcək. Bu barədə onu baş məşqçi Luis Enrike artıq xəbərdar edib.
Namiq HUN
tag: Canluici Donnarumma,PSJ,Qapıçı,Klub,Todaypress.tv,