ÇL-də böyük qarşılaşma: Marotta Mourinyo ilə görüşü səbirsizliklə gözləyir

ÇL-də böyük qarşılaşma: Marotta Mourinyo ilə görüşü səbirsizliklə gözləyir
28.08.2026 10:43 UEFA

“İnter”in prezidenti Cüzeppe Marotta UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin püşkatmasının nəticələrini və komandanın sabiq baş məşqçisi Joze Mourinyonun rəhbərlik etdiyi Madrid “Real”ı ilə qarşılaşmasını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Marotta bildirib ki, “İnter” üçün Mourinyo ilə yenidən qarşılaşmaq xüsusi emosiyalar yaradacaq:

“Çempionlar Liqasından söhbət gedəndə həmişə həyəcan və nüfuz hissi yaranır. Baxmayaraq ki, mənim üçün bu, ardıcıl 13-cü və ya 14-cü mövsüm olacaq. “İnter” üçün isə bu, ardıcıl doqquzuncu mövsüm olacaq. Son illərdə heç bir İtaliya komandası bu turnirdə bu qədər tez-tez iştirak etməyib.

Mourinyo ilə xüsusi görüşümüz olacaq və biz “Santyaqo Bernabeu”ya qayıdacağıq. Dünyanın ən mühüm turniri ilə bağlı məhz belə emosiyalar yaşanır”.

Qeyd edək ki, Joze Mourinyonun rəhbərliyi altında “İnter” 2009/2010-cu illər mövsümündə trebl əldə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər