Azərbaycan Rusiyanı geridə qoydu

UEFA

01.08.2025 09:10

UEFA-nın yenilənmiş klub reytinq cədvəlində Azərbaycan Rusiya yığmasını geridə qoyaraq bir pillə irəliləyib. 

TodayPress TV xəbər verir ki, yeni siyahıda Rusiya 28-ci yerdən 29-cu yerə enib.

Premier Liqa təmsilçilərinin avrokuboklardakı aktiv çıxışları sayəsində ölkə reytinqdə 18.850 xallıq irəliləyişə nail olan Azərbaycan Rusiyanı (18.299) üstələyib.    

Qeyd edək ki, iyul ayının sonunda Sloveniya və Ukrayna da Rusiyanı keçərək reytinq cədvəlində onu daha da geridə qoymuşdular.

Xatırladaq ki, UEFA hər il Rusiyaya sabit şəkildə 4.333 xal ayırır. Lakin 2022-ci ilin fevralından etibarən FIFA və UEFA-nın qərarı ilə Rusiya klubları və milli komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Rusiya Premyer Liqası klubları avrokuboklarda iştirak etmir, milli komanda isə Valeri Karpinin rəhbərliyi ilə yalnız yoldaşlıq oyunları keçirir.

Namiq HUN

tag: UEFA,Azərbaycan,Rusiya,Reytinq,Todaypress.tv,