Uranın zənginləşdirilməsi nədir? – İZAH
Təhlil
20.06.2025 12:14
Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov hazırda geniş müzakirə mövzusuna çevrilən uranın zənginləşdirilməsi prosesi barədə TodayPress TV-yə danışıb.
O, uranın zənginləşdirilməsi prosesini belə izah edib:
"Uran yatağından çıxan uran mineralının tərkibi 3 izotopdan ibarət olur: Uran-238 (238U), uran-235 (235U), uran-234 (234U). Bu izatopların içərisində ən sürətli parçalanan nüvə 235U-dur. Bu səbəbdən nüvə texnologiyaları dövründə əsas enerji mənbəyi kimi 235U diqqət mərkəzindədir. Amma onun miqdarı çox kiçik — təxminən 0,7%-dir. Müəyyən miqdarda faizlə miqdarının artırılması prosesi aparılır ki, bu prosesə də zənginləşmə deyilir. Yəni uran yatağından çıxan uranın 235U ilə zənginləşməsi, miqdarının artırılması. Müəyyən olunub ki, 5-6% 235U ilə zənginləşmiş uran 99% zənginləşmiş uran kimi çoxalma əmsalına malikdir. Ona görə də ən optimal faiz 5-dir. Ondan yuxarı faizdə qatılaşdırmaq energetik nüvə reaktorları üçün sərfəli deyil. Amma silah üçün yüksək faizli — 90-99%-ə qədər təmiz 235U olmalıdır ki, daha böyük enerji alınsın. Buna görə də dinc məqsədli uran zənginləşdirilməsinə heç bir məhdudiyyət yoxdur".
Qiymət Mahir
tag: Adil Qəribov,Akademik,Uran,Zənginləşdirmə,Todaypress.tv,
