Politoloq: “Moskvanın mövqeyi münasibətlərin normallaşmasına mane olur”
Təhlil
25.08.2025 17:34
“Azərbaycanla Rusiya arasında münasibətlərin normallaşması üçün əsas məsuliyyət Rusiyanın üzərinə düşür”.
Politoloq Rusif Məmmədsoy bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi Kremlin mövcud mövqeyi Azərbaycanı qane etmir:
“Təyyarəmizin vurulması, sonrasında isə üzr istəmək əvəzinə prosesin uzadılması cəhdləri, eyni zamanda Rusiyanın regional siyasəti ilə bağlı ortaya çıxan suallar münasibətlərin gərgin qalmasına səbəb olur. Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə bölgədə sabitlik və sülhün tərəfdarı olub və bu istiqamətdə səylər göstərib. Təəssüf ki, bu cəhdlərə qarşı adekvat reaksiya görməmişik”.
Analitik diqqətə çatdırıb ki, Azərbaycan gərginliyin artmasında maraqlı olmasa da, göstərilən reaksiyalara uyğun davranış sərgiləmək qabiliyyətinə malikdir.
Qeyd edək ki, avqustun 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
Qiymət Mahir
tag: Rusif Məmmədsoy,Ekspert,Azərbaycan,Rusiya,Todaypress.tv,
