İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa…

Təhlil

07.07.2025 17:43

“İran və İsrail arasındakı 12 günlük müharibənin ABŞ Prezidenti Donald Tramp tərəfindən dayandırılması məcburi xarakter daşıdı. Tərəflər Trampın təklifini məcbur qəbul etdilər”. 

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O xatırladıb ki, tərəflər qələbəyə yaxın olduğunu hiss etsə də, hər iki tərəfdə ciddi müdafiə problemləri ortaya çıxıb: 

“İran hava məkanına nəzarəti tamam itirmiş, ölkə daxilində kəşfiyyatın zəifliyi üzə çıxmışdı. Ölkədə hərbi rəhbərliyə qarşı sui-qəsdlər törədilmişdi. Ölkə faktiki olaraq başsız qalmış, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin belə yeri və ya sağ olduğu bəlli deyildi. İsrail hava məkanı da İran raketləri qarşısında çox böyük zəifliklərlə qarşılaşmışdı. Ona görə hər iki tərəfə atəşkəs lazım idi. Görünən odur ki, tərəflər bu zəifliklərini aradan qaldırılması yolları ilə məşğuldurlar. Amma İranın Rusiya və Çindən silah alması üçün illər lazımdır”.

Ekspertə hesab edir ki, "taktiki fasilə" İsrailə yarayacaq: 

“İsrail ABŞ-dən "B2" “xəyalət təyyarəsi” və dərinlik bombası olan "GBU-57" almaq üzrədir. Bu dəfə baş verəcək müharibənin daha dağıdıcı olacağı ehtimalı böyükdür. İsrail əldə etdiyi üstünlüyü əldən vermək istəməz. İsrailin hücum paketində hələ hansı sürprizlər var, bunu yalnız proseslər göstərəcək”. 

Qeyd edək ki, ekspertlərin fikrincə, 12 günlük qarşıdurmadan sonra əldə İsrail və İran arasında olunan atəşkəs sülh yox, sadəcə “taktiki fasilə”dir. 

Hesab olunur ki, İran bu dövrdə nüvə strategiyasını yenidən gözdən keçirir, hipersonik raket və dron hücumlarına hazırlaşır, Rusiyadan S-400, Su-35 və Çindən J-10/J-20 döyüş təyyarələri almaq istəyir, Uran ehtiyatını gizli bölgələrə daşıyır. İsrail isə regiondakı hərbi üstünlüyünü qorumağa çalışır.

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,İsrail,İran,Todaypress.tv,

photo