“İran-İsrail qarşıdurmasında ÇİNİN YERİ
Təhlil
24.06.2025 11:05
“İran-İsrail qarşıdurmasında Çin ancaq bəyanatla kiyafətlənəcək”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, Çin bu günə kimi öz maraqlarını hərbi yolla qorumayıb:
“Çin iqtisadi olaraq həmişə yumşaq gücdən istifadə edib. İran-İsrail müharibəsində ancaq bəyanatla kifayətlənəcəyi bir gerçəkdir. Kəngər körfəzinə təyyarədaşıyan gəmi göndərdiyi deyilsə də, Çin açıq şəkildə İranın müdafiəsində özünü ABŞ ordusunun qarşısına atmaz. Əslində, bunu heç bir dövlət etməz. Çinin İranda ancaq iqtisadi maraqları var. Təbii ki, sərhəddində ABŞ yönümlü bir hakimiyyətin olmasını istəməz, amma olsa, Tayvan məsələsində olduğu kimi, qəbul edər”.
Siyasi ekspert Çinin tarixi adət-ənənəsini xatırladıb:
“Çin nəzəri olaraq məlum müharibəyə bütün güclər qoşulduqdan sonra, hansısa fikirlər bəlli olarsa, qoşular. Bu dövlət məğlub olacağı müharibəyə qoşulmaz. Bu, indinin yox, Çinin tarixi adət-ənənəsidir. Çin hər şeyi siyasətlə həll etməyin tərəfdarıdır, çox böyük səbri var. Onlar səbr etməyi bacaran xalqdır. Odur ki, Üçüncü Dünya müharibəsi başlasa belə, Çin kənarda dayanacaq”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,İran,İsrail,Çin,Todaypress.tv,
