Fransanın rəzil siyasəti: Bölgədə təsir dairəsi qurmaq yoxsa...
Təhlil
05.06.2025 12:24
“Fransanın Gorusda fəxri konsulluq açması diplomatik deyil, siyasi addımdır. Nəzərə alsaq ki, Fransanın bu bölgədə bir nəfər belə vətəndaşı yaşamır, konsulluğun açılmasının məqsədi bölgədə təsir dairəsi qurmaqdır”.
Politoloq Vəli Əlibəyov bunu TodayPress TV-yə açıqlamasında deyib:
O, Fransanın bu addımının mesaj xarakterli olduğunu bildirib:
“Zəngəzur bölgəsi Azərbaycanla Naxçıvanı birləşdirə biləcək strateji ərazidir və Fransa bunu çox yaxşı anlayır. Konsulluq açmaqla Fransa açıq şəkildə bildirir ki, bölgədə siyasi oyunçu olmaq iddiasındadır və “Mən də buradayam” mesajını verir.
Bu addım həm də Azərbaycanın regional layihələrinə, xüsusən də Zəngəzur dəhlizi layihəsinə qarşı atılmış incə, amma məqsədyönlü bir əngəldir. Gorusda konsulluq açmaq Fransanın Cənubi Qafqazda artan ambisiyalarının, eyni zamanda Ermənistanın yeni “himayədarı” rolunda çıxış etməsinin göstəricisidir”.
Qeyd edək ki, iyunun 2-də Ermənistanın Sünik rayonunun Gorus şəhərində (Zəngəzur) Fransanın fəxri konsulluğunun açılışı olub.
Qiymət Mahir
tag: Vəli Əlibəyov,Politoloq,Fransa,Siyasət,Todaypress.tv,
