Ermənistandan KTMT-yə absurd hədə: Təşkilatın CAVABI NƏ OLACAQ?
Təhlil
03.07.2025 18:10
“Azərbaycan Ermənistan sərhədlərinə hücum etməyib, Ermənistanın hərbi provokativ addımlarına qarşı özünü müdafiə edib”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, Ermənistan öz hücumlarında uğursuz olduğu üçün məğlubiyyətlərini gizlətmək səbəbilə absurd fikirlərə əl atıb:
“KTMT-də Rusiyanın nüfuzu genişdir. Bu gün Azərbaycan və Rusiya arasında gərginlik yaşansa da, eyni şəkildə Ermənistan və Rusiya arasında da müəyyən gərginlik var. Ermənistan Rusiyanı razı salmağa nail olsa belə, KTMT daxilində Azərbaycana kifayət qədər yaxın qüvvələr var. Buna Belarus və Qazaxıstanı misal göstərə bilərik. Bu iki ölkənin Azərbaycana qarşı münasibəti kifayət qədər müsbətdir və Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Belə olan təqdirdə Ermənistanın bu cür bəyanat qəbul etdirmək şansı yoxdur. Bölgənin inkişaf edən dövləti bu gün Azərbaycandır. KTMT-də heç kim Azərbaycanla arasını pis etmək istəməz. Ermənistan bu cür bəhanələrlə KTMT-dən çıxamağa çalışır. Yaxşı olar ki, bunu açıq şəkildə ifadə etsin”.
Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, təşkilatın üzvləri, o cümlədən Rusiya tərəfindən Azərbaycan əleyhinə siyasi bəyanat verilməsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı ilə bağlı “yekun qərar” verəcək.
Qiymət Mahir
tag: Kazım Kazımov,Politoloq,Ermənistan,KTMT,Todaypress.tv,
