Ekspert: “Paşinyan müxalifəti debata çağırmaqla öz mövqeyini gücləndirir”

Təhlil

08.10.2025 12:47

Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq Prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı açıq ictimai debatlara qatılmağa çağırıb. 

Belə ki, o, sosial şəbəkə hesabında “Mənə deyin, üçünüz də debata gedirsiniz, yoxsa yox?” – deyə müraciət edib.

Siyasi ekspert Məhəmməd Əsədullazadə mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, Paşinyan seçkiqabağı müxalifətin zəif tərəflərindən istifadə edir. 

"Müxalifət qarışıq vəziyyətdədir və tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edir. Eyni zamanda isə sabiq prezidentlərin müharibə tərəfdarı olmaları və indiki siyasi gündəmi qəbul etməmələri Paşinyanın üstünlüyünü artırır".

Politoloq vurğulayıb ki, erməni xalqı sülh istəyir və bu, Paşinyanın müxalifəti küncə sıxışdırmaq üçün əlverişli vəziyyət yaratmasına imkan verir. 

"Onları debata çağırmaqla Paşinyan həm öz reytinqini gücləndirir, həm də hakimiyyətinin alternativsiz olduğunu ortaya qoyur. Bu addım Paşinyanın ənənəvi strategiyasının bir hissəsidir və onun siyasi mövqeyini möhkəmləndirir",- analitik əlavə edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Paşinyan,Müxalifət,Todaypress.tv,

photo