Ağrı dağı pasportlardan SİLİNİR: Ermənistan geri çəkilir?

Ağrı dağı pasportlardan SİLİNİR: Ermənistan geri çəkilir?
15.09.2025 15:31 Təhlil

Ermənistan uzun illərdir öz dövlət rəmzlərində Ağrı dağının təsvirinə xüsusi yer verərək onu milli kimlik simvolu kimi təqdim etməyə çalışır. 

Halbuki bu dağ tarixi və coğrafi baxımdan ermənilərə deyil, Türkiyəyə məxsusdur və ölkənin ən yüksək dağıdır. Hələ XIX əsrdən etibarən Avropa səyyahlarının uydurduğu “Ararat” adı üzərindən erməni ideoloqları dağın mənşəyini saxtalaşdıraraq xalqın yaddaşına yerləşdirməyə cəhd ediblər. SSRİ dövründən bəri Ermənistan gerbində Ağrı dağının təsviri saxlanılsa da, onun üzərindəki Nuhun gəmisi simvolu da yer alır. Bu, ermənilərin əsassız şəkildə özlərini qədim mədəniyyətlərin mirasçısı kimi göstərmək istəyindən qaynaqlanır.

Ağrı dağının erməni dilindəki ənənəvi adı Masisdir. Tarixi mənbələr sübut edir ki, “Ararat” anlayışı qədim Urartu dövlətindən, “Masis” adı isə iran mənşəli sözlərdən qaynaqlanır. Yəni bu simvolların erməni xalqı ilə heç bir real bağlılığı yoxdur. Məhz bu səbəbdən Ermənistanın dövlət rəmzlərində Ağrı dağı əsassız iddiaların və saxta təxəyyülün məhsulu kimi təqdim edilir.

Dağın təsviri Ermənistan Respublikasının giriş və ya çıxışındakı sərhəd nişanında da yer alır. Lakin rəsmi İrəvan qərar verib ki, noyabrın 1-dən etibarən Ağrı dağının təsviri artıq ölkənin giriş-çıxış sərhəd nişanlarında istifadə olunmayacaq.


Ermənistanın bu qərarı necə qiymətləndirilməlidir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın pasport möhürlərindən Ağrı dağının təsvirini çıxarması ilk baxışda simvolik dəyişiklik kimi görünə bilər, lakin bu simvolun illərlə dövlət atributlarında yer alması sadəcə "nostalji" deyil, işğalçı zehniyyətin vizual ifadəsidir:


"Ağrı dağı Ermənistan ərazisində yerləşmir, lakin onun pasportlarda təsvir olunması ərazi iddiasının rəsmi səviyyədə legitimləşdirilməsinə yönəlmiş addım idi. Bu, Ermənistanın tarixə deyil, geosiyasi ambisiyalara əsaslanan simvolik işğal siyasətinin göstəricisidir. Belə simvollar vasitəsilə Ermənistan öz vətəndaşlarına və beynəlxalq ictimaiyyətə subliminal mesajlar ötürürdü. Möhürlərdə Ağrı dağının yer alması Türkiyəyə qarşı ərazi iddiasının vizual forması idi. Bu, həm də Azərbaycanın maraqları baxımından təhlükəli presedent yaradırdı. Ermənistanın bu cür simvolik siyasəti regionda sabitliyə və əməkdaşlığa ziddir. Ağrı dağının təsvirinin çıxarılması Ermənistanın işğalçı zehniyyətdən uzaqlaşmaq cəhdi kimi təqdim olunsa da, bu addımın gecikmiş və məcburi xarakter daşıdığı aydındır".

Ekspertə görə, Azərbaycan üçün bu dəyişiklik Ermənistanın simvolik təxribatlarının neytrallaşdırılması baxımından müsbət addım olsa da, köklü zehniyyət dəyişikliyi anlamına gəlmir. Ermənistanın işğalçı siyasəti yalnız vizual simvollarla deyil, real ərazi iddiaları və hərbi təcavüzlərlə özünü göstərib. Qarabağ və ətraf rayonların işğalı bu zehniyyətin konkret nəticəsidir. Ağrı dağı simvolu bu ideologiyanın "mədəni" kodlaşdırılmış forması idi. Azərbaycanın maraqları bu cür simvolik iddiaların tamamilə aradan qaldırılmasını tələb edir. 

T.İsmayılov, həmçinin əlavə edib ki, Ermənistan yalnız simvolik deyil, hüquqi və siyasi səviyyədə də işğalçı ritorikadan imtina etməlidir:

"Ağrı dağının pasportlardan çıxarılması ardıcıl siyasətlə müşayiət olunarsa, regionda yeni mərhələnin başlanğıcı ola bilər. Azərbaycan bu prosesləri diqqətlə izləyir və strateji mövqeyini qoruyaraq diplomatik üstünlüyünü davam etdirir. Ermənistanın simvolik geri çəkilməsi onun real siyasətində də dəyişikliklərə səbəb olmalıdır".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Bütün Xəbərlər