Yuxu keyfiyyətinə təsir edən qidalar hansılardır?

Sosial

17.10.2025 19:15

Bəzi qida qruplarının həddindən artıq qəbulu beyin fəaliyyətinə və yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər.

TodayPress TV xəbər verir ki, xüsusilə şirniyyatların və şəkərli qidaların çox qəbul edilməsi dərin yuxunun keyfiyyətini azaldır. 

Çin alimlərinin apardığı tədqiqatlarda da məlum olub ki, bu cür qidaları çox istehlak edən insanlarda dərin yuxu fazası qısalır və bərpaedici istirahət prosesi pozulur.

Qeyd olunur ki, dərin yuxu beyin üçün həyati əhəmiyyət daşıyır. Məhz bu mərhələdə məlumatlar qısa yaddaşdan uzunmüddətli yaddaşa keçir. Əgər bu proses pozularsa, diqqət və yaddaş zəifləyir, insanın konsentrasiya qabiliyyəti azalır.

Mütəxəssislər balanslı qidalanma rejiminə əməl etməyi və xüsusilə axşam saatlarında şəkərli qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yuxu,Şirniyyat,Qida,Sağlamlıq,Todaypress.tv,