Xüsusi qayğıya ehtiyacı olan uşaqların Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olundu

Sosial

22.07.2025 12:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yaşayan yetkinlik yaşına çatmayan bir qrup benefisiar üçün Suraxanı Gəmi Muzeyinə ekskursiya təşkil olunub. 

TodayPress TV xəbər verir ki, ekskursiya zamanı uşaqlar Azərbaycan neft sənayesinin tarixi, xüsusilə də dənizdə neft hasilatının inkişaf mərhələləri ilə tanış olublar.

Bələdçi onlara “Suraxanı” tankerinin tarixçəsi və bu gəminin dənizçilik sahəsindəki rolu barədə ətraflı məlumat verib. Uşaqlar muzeyin interaktiv guşələrində müxtəlif maraqlı fəaliyyətlərdə iştirak edib, maketlər vasitəsilə gəmi quruculuğu və dənizçilik haqqında əyani biliklər əldə ediblər.

Tədbirin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşlərinin genişləndirilməsi, həmçinin əyləncəli və faydalı gün keçirmələrinə şərait yaratmaq olub.

tag: ƏƏSMN,SXA,Gəmi,Ekskursiya,Todaypress.tv,