“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında növbəti görüş keçirildi

Sosial

01.07.2025 15:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.

TodayPress TV xəbər verir ki, yaxın vaxtlarda bu Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib.

İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı və Agentliyin digər fəaliyyət istiqamətləri üzrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

tag: ƏƏSMN,Dövlət Məşğulluq Agentliyi,Şərqi Zəngəzur Regional Məşğulluq filialı, “Araz Vadisi İqtisadi Zonası” ,Todaypress.tv,