Termos və su şüşələri bakteriya mənbəyi ola bilər: Diqqətli olun
Sosial
23.10.2025 19:15
Termos və su şüşələrinin təmizliyi sağlamlıq üçün vacibdir.
TodayPress TV bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata əsasən, təkrar istifadə edilə bilən termos və su şüşələri gündəlik həyatda geniş istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, onları müntəzəm təmizləməmək ciddi sağlamlıq riskləri yarada bilər.
Saia konsaltinq şirkətinin direktoru Luis Riera bildirir ki, birdəfəlik plastik şüşələrin təkrar istifadəsi bədəndə endokrin sistemini poza bilən bisfenolun yığılmasına səbəb olur. Uzun müddətli istifadə üçün istehsal olunmuş şüşələrə üstünlük vermək tövsiyə olunur.
Mütəxəssislər şüşələrin təmizliyi üçün beş üsul tövsiyə edir:
1. Uzun saplı fırça ilə yuma – şüşənin çətin yerlərinə çatmaq üçün.
2. Düyü ilə silkələmə– fırça yoxdursa, bir ovuc düyü və sabunla şüşəni silkələmək.
3. Çörək soda və sirkə – qarışığı şüşədə bir neçə dəqiqə saxlayıb yumaq.
4. Diş protez təmizləyici tabletlər– bir neçə saat şüşədə buraxıb sonra yumaq.
5. Xarici hissəni təmizləmək – şüşənin çölü də bakteriya mənbəyi ola bilər.
Riera həmçinin qəhvə maşınları və çaydanların da bakteriya mənbəyi olduğunu vurğulayır.
Ekspertlər tövsiyə edir ki, hər istifadədən sonra şüşəni sabun və isti su ilə yuyun, həftədə bir dəfə soda və ya sirkə ilə dezinfeksiya edin və birdəfəlik şüşələrdən istifadə etməyin.
Jalə Rövşən
tag: Termos,Su şüşəsi,Bakteriya ,Sağlamlıq ,Todaypress.tv,
